Türkiyədə bir küçəyə azərbaycanlı ilahiyyatçı alimin adı verilir

Türkiyədə bir küçəyə azərbaycanlı ilahiyyatçı alimin adı verilir

İğdırın Aralık rayonunda bir küçəyə Türkiyənin tanınmış şiə alimlərindən olan mərhum Həmid Turanın adı veriləcək.

Advermə mərasimi cari ilin İyul ayının 3-də baş tutacaq.

Advermə mərasiminə ölkənin tanınmış ilahiyyatçıları qatılacaq.

Qeyd edək ki, 2017-ci ildə vəfat edən Höccətülislam vəl muslimin Şeyx Həmid Turan əslən azərbaycanlı idi və çıxışlarında Azərbaycanın işğal altında olan Qarabağ torpaqlarının azad edilməsi üçün daima dua edər və Azərbaycan ordusunun bu şərəfli missiyanı həyata keçirəcəyinə inandığını vurğulayırdı.

Şeyx Həmid Turan İstanbul Zeynəbiyə Hərəkatının qurucularından biri idi.