Şənbə günü ictimai nəqliyyat və metro işləyəcək

Şənbə günü ictimai nəqliyyat və metro işləyəcək

Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.

Bu barədə Nazirlər Kabinetinin qərarında qeyd edilib.

Qərara əsasəni, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.