Roma Papası uşaq əvəzinə heyvan saxlayanları tənqid edib

Roma Papası uşaq əvəzinə heyvan saxlayanları tənqid edib

 "Bir çox insanlar ailəni artırmaq əvəzinə ev heyvanları saxlamağa üstünlük verirlər. Onlar öz eqoistliklərini göstərirlər".

"The Guardian"ın məlumatına görə, bunu Roma Papası Fransisk deyib. Papa bildirib ki, analıq və atalıq dəyərləri qorunmadan sivilizasiya məhv olacaq: "Bu gün biz eqoizmin bu formasını görürük, bəzi insanların uşaq sahibi olmaq istəmədiyini görürük. Bəzən bir övlad olur və bununla kifayətlənirlər. Lakin uşaqları itlər və pişiklərlə əvəz edənlər də var. Bu, gülüş doğursa da, həqiqətən belədir!".

Nəşr qeyd edib ki, 266-cı Roma papası Fransisk heyvanlara məhəbbət göstərsə də, keçmiş yepiskop XVI Benediktdən fərqli olaraq, onun iqamətgahında ev pişiyi və it yoxdur.