Əlillik sevgiyə mane ola bilmədi

Əlillik sevgiyə mane ola bilmədi

Bu dünyada hər kəsin sevmək və sevilmək hüququ var

Pandemiya səbəbindən toyu baş tutmayan qadının ən böyük arzusu gəlinlik paltarını geyinməkdir...
Şotlandlar Kori Mak-Quayr və Ceymi Teylor haqlı olaraq qeyri-adi cütlük hesab edilir. Qadının boyu 90 sm, kişinin boyu iki metrdir. Lakin boylarında olan bu fərq sevgililərin öhdəsindən gəldiyi başlıca sınaq deyil.

Bu barədə "Rambler" saytı məlumat verib.

Koridə skoliozun ağır forması diaqnozu qoyulub. Buna görə də onun daxili orqanları zədələnməyə məruz qalıb.

Bundan başqa, qızda sümüklərin inkişafı pozulub və o, sərbəst olaraq hərəkət edə bilmir. Şotland qadının əlləri və ayaqları normal fizioloji ölçülərdə deyil.

Tibb işçiləri hesab edir ki, Korinin xəstəliyi sağalmazdır. Əməliyyat etmək son dərəcə təhlükəlidir, çünki mütəxəssislərin fikrinə görə, 12 saatlıq əməliyyat üçün lazım olan narkozun dozasından qız əməliyyatdan sonra ayılmaya bilər.

28 yaşlı Mak-Quayr bu günlə yaşamağa və mümkün olan qədər həyatdan zövq almağa çalışır.

20 yaşlı Ceymi Kori ilə o, tanışlıq saytında tanış olub. Tez bir zamanda gənc oğlan sevgilisigilə köçüb və pandemiyadan əvvəl ona evlilik təklif edib.

COVİD-19-la bağlı məhdudiyyətlərə görə cütlük hələ də toy edə bilmir, lakin Kori çox ümid edir ki, o, gəlinlik paltarı geyinməyə macal tapacaq.

Şotland qadın sosial şəbəkələrdə məşhurlaşmaq və bütün dünyaya sübut etmək istəyir ki, hər kəsin xəstəliyindən asılı olmayaraq sevmək hüququ var.

"Mən cəmiyyətə göstərmək istəyirəm ki, hamını eyni arşınla ölçmək olmaz, hamımız heç də eyni deyilik. Mən "Voque" jurnalının üz qabığına düşmək və əlilliyin qadağa olmadığını nümayiş etdirmək istəyirəm".

Ceymi aktiv surətdə gəlinə dəstək verir və ona TikTok üçün video çəkməkdə kömək edir. (moderator.az)