İran 1 milyon doza "CovIran Barakat" peyvəndi istehsal etdi

İran 1 milyon doza "CovIran Barakat" peyvəndi istehsal etdi

"CovIran Barakat" peyvəndinin istehsalçıları Səhiyyə Nazirliyinə təhvil veriləcək ölkənin ilk yerli peyvəndirinin bir milyon dozasının artıq istehsal olunduğunu elan ediblər.

Mətbuat konfransında danışan "CovIran Barakat" peyvəndi araşdırma qrupunun icraçı direktoru Həsən Cəlili, peyvəndin istehsalının gələn ay üç milyon dozaya qədər artacağını söyləyib.

"CovIran Barakat" peyvəndinin hazırlanmasına görə cavabdeh olan səlahiyyətlilər, peyvəndin insan üzərində sınaqdan keçirilməsinin üçüncü mərhələsinin başa çatmaq üzrə olduğunu və nəticəsinin gözləniləndən daha çox yüksək təsirli olduğunu göstərdiyini bildirib.

Sözügedən səlahiyyətlilər Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndikdən sonra, peyvəndin təcili istifadəyə hazır olduğunu söyləyiblər.

"CovIran Barakat" peyvəndi 29 dekabr 2020-ci ildə təqdim olunmuş və 29 martda kütləvi olaraq istehsal olunmağa başlanmışdı. İran koronavirus əleyhinə peyvənd hazırlamağa başlayan ilk ölkələr arasındadır və hazırda dörd şirkət bütün əhalinin peyvəndlənməsi üçün məhsullarını sentyabr ayına qədər istehsal etməyə çalışır.

Bu arada, kliniki sınaqlara fevralın 27-si başlayan İranın ikinci koronavirus peyvəndi "Razi Cov Pars", avqustun əvvəlində kütləvi istehsal olunacaq. İran hazırda Kuba, Rusiya və Avstraliya olmaqla üç ölkə ilə birlikdə peyvəndlər istehsal edir.