DİN-dən açıqlama: Ağsuda öldürülən Nihat Məmişovun işini DİN nəzarətə götürüb

DİN-dən açıqlama: Ağsuda öldürülən Nihat Məmişovun işini DİN nəzarətə götürüb

Ağsuda 7 nəfər tərəfindən döyülən 14 yaşlı Nihat Vüqar oğlu Məmişov iyunun 20-də Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasında vəfat etdi.

Vetenugrunda.az-ın əldə etdiyi məlumata görə, onu 7 nəfər döyüb ölümcül halda qəbirstanlığa atıblar. İki gündən sonra tapılıb. Nihat tapılanda komada imiş.

Baş prokurorluğun verdiyi məlumatda deyilir ki, iyunun 15-də 16 yaşlı C. Müseyibov şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Nihadı yumruqları ilə sifət və bədən nahiyəsindən vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Bununla əlaqədar, Nihad Məmişovun ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Ağsu rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

C. Müseyibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Lakin ailəni yaxından tanıyanlar deyir ki, Nihadı bir nəfər deyil, 7 nəfər döyüb.

Məsələ ilə bağlı vetenugrunda.az-a açıqlama verən polis mayoru, DİN Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Ağsuda baş verən olay DİN-in nəzarətindədir: "Əməliyyat axtarış, əməliyyat istintaq tədbirləri Ağsu polisi ilə birgə aparılır. O əməldə şübhəli bilinən şəxslərin və digər təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində işlə aparılır. Vətəndaşın ölümü ilə nəticələnən hadisədə bütün zəruri ekspertizalar təyin edilib və iş davam etdirilir. Qanunvercilik çərçivəsində, təqirli şəxslərin tam təyin olunması ilə bağlı bütün qeydlər diqqətdədir, araşdırmalar aparılır".

P.S

Məsələ ilə bağlı bütün xəbərləri saytmızdan izləyə bilərsiniz. Bir gəncimizin itkisi və bir ailənin faciəsi ilə nəticələnən bu olay Vetenugrunda.az-ın diqqətindədir