Bill Qeyts: Koronavirusu çiçək pandemiyası əvəzləyəcək, ölüm üç qat artacaq

Bill Qeyts: Koronavirusu çiçək pandemiyası əvəzləyəcək, ölüm üç qat artacaq

Amerikalı milyarder Bill Qeyts hesab edir ki, yaxın gələcəkdə koronavirus pandemiyası zəifləyəcək.

Lakin onun yerini çiçək epidemiyası tutacaq və ölüm nisbəti üç dəfə artacaq.

Sahibkarın fikrincə, bunun səbəbi bioterrorizm ola bilər.

Milyarderin sözlərinə görə, terrorçuların virusu insanların sıx olduğu yerlərdə, məsələn, hava limanlarında süni olaraq yayması kifayətdir ki, qlobal miqyaslı pandemiya baş versin.

"Əgər bioterrorçular on hava limanına çiçək xəstəliyini gətirsələr, biz bilirik ki, nələr baş verəcək. Bioterrorizmin yaratdığı epidemiyalar indi yaşadığımızdan daha pis ola bilər”, - deyə Qeyts bildirib.(sfera.az)