31 yaşlı azərbaycanlı həkim Türkiyədə vəfat etdi

31 yaşlı azərbaycanlı həkim Türkiyədə vəfat etdi

Türkiyədə müalicə olunan azərbaycanlı həkim Ramil Həsənli vəfat edib. Yaxınlarının yerli KİV-lərə verdiyi məlumata görə, gənc həkim ötən gecə dünyasını dəyişib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 31 yaşlı həkim-kardioloq Ankara Qazi Universiteti xəstəxanasında COVİD-19-dan sonra ağciyərin zədələnməsi diaqnozu ilə müalicə alırdı. O, müalicə müddətində təkrar pnevmaniya keçirmiş və vəziyyəti ağırlaşmışdı.

Qeyd edək ki, Ramil Həsənli gənc olmasına baxmayaraq çox çalışqan və öz sahəsini yaxşı bacaran həkim idi. O, Azərbaycan Tibb Universitetində Müalicə işi fakültəsini bitirdikdən sonra Kocaeli Universitet Xəstəxanasında təhsilini davam etdirib.

İstanasnbul Universiteti 100-ci il medalı ilə təltif edilən gənc həkim "Kardiologiya RH" kitabının tərcüməçisi və baş redaktoru idi. 

Arterial Hipertoniya, ürəyin işemik xəstəlikləri, ürək çatışmazlığı, ürəyin ritm pozğunluqları xəstəliklərini müalicə edirdi.

Ruhu şad olsun!