"Vilayət Eyvazov dedi ki, məndən icazəsiz bunu kimsə törədə bilməz" 

"Vilayət Eyvazov dedi ki, məndən icazəsiz bunu kimsə törədə bilməz" 

“Daxili işlər naziri müəyyən məsələlərdə öz qüsurlarının olduğunu bildirdi, məni başa düşdüyünü dedi".

Bu sözləri "Azadlıq radiosu"na ictimai fəal Bəxtiyar Hacıyev aprelin 22-də bir qrup naməlum şəxs tərəfindən girov götürülməsi məsələsi ilə bağlı ötən gün daxili işlər naziri Vilayət Eyvazovla görüşü barədə danışarkən deyib:

"Dedi ki, sizin bizi şübhəli kimi görməyiniz normaldır, çünki başqası da olsa belə düşünərdi, amma əmin olun ki, biz bunun arxasında deyilik, məndən icazəsiz bunu kimsə törədə bilməz. Mən ona son olaraq dedim ki, bu məsələ raşdırılıb, son olaraq nəticə ortaya qoyulmayana qədər, mən bunun sifarişçisinin siz olduğunuza inanacağam".

Xatırladaq ki, Bəxtiyar Hacıyev aprelin 22-də bir qrup şəxs tərəfindən girov götürüldüyünü, fiziki və mənəvi zorakılığa məruz qaldığını bildirmiş bu barədə aidiyyəti qurumları dərhal tədbir görməyə çağırmışdı.