Qırğızıstan və Tacikistan arasında atışmadan sonra danışıqlar başladı

Qırğızıstan və Tacikistan arasında atışmadan sonra danışıqlar başladı

Qırğızıstanın Batken vilayətinin qubernatoru və Tacikistanın Soqdiysk əyalətinin qubernatorları arasında sərhəddəki atışma ilə bağlı danışıqlar başlayıb. Danışıqlar zamanı sərhəddə tam atəşkəs, eləcə də sərhədə cəlb olunmuş əlavə qüvvə və texnikanın dislokasiya yerlərinə geri çəkilməsi barədə razılığa gəliblər. Bu barədə Qırğızıstan Sərhəd Xidməti xəbər verib.

"Qırğızıstan prezidentinin Batken vilayəti üzrə səlahiyyətli nümayəndəsi Abdikarim Alimbayev və respublikanın Batken istiqamətindəki sərhəd nümayəndəsi Kyyalbek Tolonbayev Tacikistanın Suqd vilayətinin qubernatoru Rəcəbba Əhmədzoda və sərhəd nümayəndəsi arasında aparılmış danışıqlar nəticəsində respublikada tam atəşkəs haqqında razılaşmalar əldə edilib. Həmçinin tərəflərin hər birinin sərhədə cəlb edilmiş əlavə qüvvə və vasitələrinin daimi dislokasiya yerlərinə geri çəkilməsi barədə razılığa gəlinib".

Həmçinin danışıqlar zamanı tərəflər Batken-İsfana avtomobil yolunda (Qırğızıstan) hərəkətin açılması barədə, eləcə də münaqişələrin qarşısının alınması məqsədilə Qırğızıstan və Tacikistanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının sərhədyanı ərazilərdə birgə patrul xidməti haqqında razılığa gəliblər.