Mossad casuslarının Türkiyədəki fəaliyyət ilə bağlı yeni detallar açıqlanıb

Mossad casuslarının Türkiyədəki fəaliyyət ilə bağlı yeni detallar açıqlanıb

Türkiyənin "Daily Sabah" qəzeti bazar ertəsi (25 oktyabr) 15 kişinin fotosunu dərc edib. Qəzetin yazdığına görə, onlar Türkiyədə həbs edilmiş Mossad casuslarına aiddir. Həmin şəxslərin ad və soyadlarının baş hərfləri də şəkillərin altında dərc olunub.

Eyni zamanda onların Türkiyənin Milli Kəşfiyyat Təşkilatı MİT tərəfindən dindirilən zaman etdikləri etiraflar əsasında Mossad üçün həyata keçirdikləri casusluq missiyalarının detallarını açıqlayıb.

Bu şəxslərin kimliyi və həbsi xəbərini 5 gün əvvəl Türkiyə hökumətinə yaxın olan həmin qəzet dərc etmişdi.

"Daily Sabah"ın yazdığına görə, qrupun əməliyyatlarına rəhbərlik edən Mossad zabiti onlarla Almaniyadan əlaqə saxlayırmış və bəziləri ilə Almaniya, Xorvatiya və İsveçrədə də görüşüb.

Mossad zabitindən qısaldılmış "A.Z" adı il yad edilir, hansı ki, məlumata əsasən, hər dəfə dəstənin bu üzvlərinə minlərlə dollar ödəyirmiş.

Casusluq şəbəkəsinin üzvlərinə Türkiyə müxalifəti və Türkiyə universitetlərində oxuyan ərəb və fələstinli tələbələr, xüsusilə də gələcəkdə müdafiə sənayesində işləyə biləcəyini düşündükləri şəxslər və onlara hökumət və bələdiyyələr tərəfindən hansı imkanlar təqdim edildiyi haqqında məlumat toplamaq, öyrənmək tapşırılıbmış.

Şəbəkə həmçinin Türkiyədə fəaliyyət göstərən müxtəlif dərnək və təşkilatları araşdırıb və tapıntıları İsrailin məxfi xidməti ilə bölüşüb.

"Daily Sabah"ın yazdığına görə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatından (MİT) 200 nəfərlik bir qrup şübhəlilərin monitorinqi əməliyyatında iştirak edib və nəhayət, cari ilin 7 oktyabr tarixində onlar həbs ediliblər.

Məlumata əsasən, bu şəbəkənin fəaliyyəti son bir ildə genişlənib, halbuki onların bəzisi 2018-ci ildən "A.Z" ilə əlaqədə olublar.

"M.S.A" hərfləri ilə yad edilən Konya şəhərindəki bir fələstinli tələbə və "A.B" hərfləri ilə tanınan digər bir şəxs pulun alınması və məlumatın ötürülməsində əsas amillər kimi təsvir ediliblər.

Agentlər pul köçürmələri üçün kuryer sistemindən istifadə edərək, zərgərlik mağazaları və bazarları mərkəz kimi istifadə ediblər.

Şübhəlilərdən biri 20 ildən artıqdır ki, Türkiyədə yaşayır və 46 yaşı var. O, təxminən 20 il əvvəl də Mossad ilə əlaqədə olmaqda ittiham olunur.

"Sabah" qəzeti təsdiqləyib ki, şübhəlilərin xarici vətəndaşlığı var və onların əksəriyyəti ərəb və fələstinlidirlər və onlardan bəzisi Türkiyə vətəndaşlığı alıb.

Qəzet cümə günü də yazıb ki, "bunların hamısı" məlumat ötürdüklərini etiraf ediblər, lakin əksəriyyəti Mossad-a işlədiklərini bilmirmişlər və elə zənn edirmişlər ki, Türkiyəyə ərəb tələbə göndərmək istəyən Avropa Birliyindəki qurumlara və şəxslərə və ya Almaniyadakı təhsil şirkətlərinə məlumat göndəriblər.