Kabil aeroportundakı partlayışda 2 jurnalisti də həlak olub

Kabil aeroportundakı partlayışda 2  jurnalisti də həlak olub

Kabil aeroportunda avqustun 26-da baş verən partlayışda 2 əfqan jurnalisti də həlak olub.

Xarici KİV-lərin verdiyi məlumata görə, ölən jurnalistlər iki qardaş olub - Əfqanıstanın Raha Agentliyinin qurucularından biri Əli Rza Əhmədi və "Atlas Press" və Raha agentliklərinin əməkdaşı Moctaba Əhmədidir.

Xatırladaq ki, avqustun 26-da Qərb ölkələrinin xarici vətəndaşları təxliyə etdiyi Kabil hava limanı binasının yaxınlığında dalbadal bir neçə partlayış baş verib. Son məlumatlara görə, nəticədə 13-ü Amerika əsgəri olmaqla 200-ə yaxın insan həlak olub. (virtualaz)