İlham Əliyev: "Biz Fələstin xalqının yanındayıq"

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.

Qonaq Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında iştirakından məmnun oluğunu ifadə edib.

Prezident İlham Əliyev Fələstin xarici işlər naziri Riad Malkinin Bakıda keçirilən tədbirdə iştirakının önəmini qeyd edib və Azərbaycanın hər zaman Fələstin Dövlətinin, Fələstin xalqının yanında olduğunu vurğulayıb. O, İstanbulda keçirilən Zirvə toplantısında ölkəmizin iştirakını da bu həmrəyliyin nümayişi kimi dəyərləndirib.