İran Azərbaycana təşəkkür etdi

İran Azərbaycana təşəkkür etdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı xarici işlər naziri Ceyhun Bayramova Azərbaycanda saxlanan iki iranlı sürücünün buraxılmasına görə təşəkkür edib.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib:

"Söhbət əsnasında Abdullahian, iki nazir arasındakı son konstruktiv təmaslara toxunaraq, Azərbaycanda saxlanılan iki iranlı sürücünün sərbəst buraxılmasını yüksək qiymətləndirib və bu hərəkəti bütün anlaşılmazlıqların aradan qaldırılması üçün lazımi zəmin yarada biləcək konstruktiv addım adlandırıb"

İranlı nazir həmçinin İran yük maşınlarının Azərbaycanla həmsərhəd rayonlarda hərəkətini asanlaşdırmağa çağırıb".

Abdullahian özünün tviter hesabında da Ceyhun Bayramovla səmərəli telefon danışığı barədə yazıb: 

"İran və Azərbaycan müştərək dəyərlərə malik olan iki qonşu və müsəlman ölkələridir".

Azərbaycanın xarici işlər naziri isə qeyd edib ki, iki dövlət və xalq arasındakı münasibətlər qarşılıqlı hörmətə və ehtirama əsaslanaraq davam edəcək.