İbrahim Rəisi İranın 8-ci prezidenti seçildi

İbrahim Rəisi İranın 8-ci prezidenti seçildi

İranda 48% seçicinin iştirak etdiyi prezident seçkilərində ilkin nəticələrə əsasən, İbrahim Rəisi 62% səslə qalib gəlib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə İranın Seçki Qərargahının sədri Camal Ürf seçkinin nəticələrini elan edib. O, bildirib ki, indiyədək 28 milyon 600 min seçki bülleteni sayılıb.

İlkin hesablamaya görə, Seyid İbrahim Rəisi 17 milyon 800 min səs toplayıb.

Onun rəqibləri Möhsin Rezayi 3 milyon 300 səs, Əbdülnasir Himməti 2 milyon 300 min səs, Qazizadə Haşemi 1 milyon səs toplayıb.

İranın hazırkı prezidenti Həsən Ruhani İbrahim Rəisi ilə görüşüb, onu təbrik edib. Eyni zamanda namizədlərdən Ə.Himməti və M.Rezayi Seyid İbrahim Rəisini qələbə münasibətilə təbrik ediblər.

İ.Rəisinin 61 yaşı var. O hazırda İran Məhkəmə sisteminin sədridir. Bundan öncə ölkənin baş prokroru, İmam Rzanın (ə) hərəminin idarəsini sədri vəzifələrində çalışıb. İ.Rəisi ötən prezident seçkilərində hazırkı prezident Həsən Ruhaninin əsas rəqiblərindən biri olub və 15 milyon 832 səs toplamışdı. 

60 yaşlı mühafizəkar namizəd olan İbrahim Rəisi 2019-cu ildən Ali Məhkəmənin baş hakimidir və İranın ali dini lideri Əli Xameneyi tərəfindən dəstəklənirdi. 79-cu ildən bəri iranlılar 8-ci prezidentlərini seçirlər. 

İbrahim Rəisi 45 gündən sonra prezident kimi  fəaliyyətə başlayacaq.