Gəncəli fəaldan 2 gündür xəbər yoxdur

Gəncəli fəaldan 2 gündür xəbər yoxdur

Bu barədə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov yazıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hüquq müdafiəçisi Rüfət Səfərov facebook sosial şəbəkəsində yazıb:

"2 sutkadır ki, Şahin Hacıyevdən xəbər-ətər yoxdur. Adamın evinə soxulublar, zorakılıq göstəriblər, qandallayıb aparıblar. Yaxınları DİN-nin "102" xidməti-zəng mərkəzi sistemi ilə əlaqə saxlayıb, adamın harada, nə üçün saxlanılması barədə məlumat almaq istəyiblər, heç bir informasiya verməyiblər."

Qeyd edək ki, bu Şahin Hacıyevin birinci həbsi deyil.