"Ermənistan tarixində belə bir seçki pozuntusu olmayıb"

"Ermənistan tarixində belə bir seçki pozuntusu olmayıb"

Paşinyana qarşı ittihamlar 

Ermənistan Mərkəzi Seçki Komissiyası "Vətəndaş müqaviləsi" partiyasına və Nikol Paşinyana Sükut gününü pozduğuna görə xəbərdarlıq edib.

Bu barədə "Ermənistan" blokunun bəyanatında deyilir. Qeyd edilir ki, Paşinyanın tərəfdarları dünəndən bəri "Ermənistan" bloku liderlərinə ünvanlanan təhqiramiz və nifrət dolu materialları müxtəlif yerlərdə yayırlar.

"Əldə etdiyimiz məlumata görə, bu biabırçı prosesi gedən hökumətin icazəsi ilə Soros təşkilatları təşkil edib. Üstəlik, "Respublika" partiyasının afişaları açıq şəkildə qanun pozuntuları ilə yerləşdirilib.

Ermənistan tarixində belə bir seçki prosesi pozuntusu olmayıb, bütün beynəlxalq müşahidə missiyalarının diqqətini bu davam edən pozuntulara yönəldirik.

Ermənistan polisini bir neçə saat ərzində "Ermənistan” blokunun liderlərinə ünvanlanan təhqiramiz və nifrət dolu materialların təşkilatçılarını müəyyənləşdirməyə çağırırıq. Əks təqdirdə, bu prosesi hökumətin təşkil etdiyini və istiqamətləndirdiyini düşünəcəyik". (azvision.az)