Deputat niqabın qadağan edilməsini təklif etdi

Deputat niqabın qadağan edilməsini təklif etdi

Misirdə deputat və jurnalist Fəridə Şabuşi niqab taxmağı qadağan edən və onu cinayət hesab edən qanun layihəsini parlamentin müzakirəsinə çıxarmaq planlarından danışıb.

"Əl-Vətən" qəzetinə verdiyi müsahibədə o, "niqab maskalanma formasıdır və cinayətkarlar tərəfindən hücum zamanı üzlərini və şəxsiyyətlərini gizlətmək üçün ondan istifadə edildiyi bir çox hallar olub" deyə bildirib.

Misirdə artıq niqab qadağan edilib. Xüsusilə, 2009-cu ildə Şeyx Məhəmməd Səid Təntavi onun Əl-Əzhər Universitetinin yataqxanalarında olan dərslərində qadağan etdi. Daha sonra Qahirə Universitetində imtahanlar zamanı niqab qadağan edildi. Halbuki 2012-ci ildə təhsil naziri niqablı qızların imtahandan kənarlaşdırılmasının ədalətsizlik olduğunu, universitet əməkdaşlarının şəxsiyyətini təsdiqlədikdən sonra onların imtahandan keçə bilmələrinin daha yaxşı olacağını bildirmişdi.

2018-ci ildə Misir Nümayəndələr Palatasının üzvü Qada Aləmi artıq ictimai yerlərdə niqab taxmağı qadağan etməyi və bu qanunun pozulmasına görə cərimə tətbiq etməyi təklif etmişdi, lakin onun təşəbbüsü rədd edilmişdi.

Qeyd edək ki, niqab Belçika, Danimarka və Avstriya və Hollandiyada qadağan edilib.