Corc Floydun qatilinə hökm oxundu

Corc Floydun qatilinə hökm oxundu

Corc Floydun qətlində təqsirli bilinən keçmiş polis zabiti Derek Çauvinə cümə günü Minneapolisi tərəfindən 22 il altı ay müddətinə həbs cəzası verilib.

Çauvin 20 aprelində ikinci dərəcəli qətl, üçüncü dərəcəli qətl və ikinci dərəcəli adam öldürmə ittihamları üzrə təqsirli bilinmişdi. O zamandan bəri həbsdə olan keşmiş polis zabiti Floydun ölümü ilə əlaqədar ayrı federal vətəndaş hüquqları ittihamları ilə üzləşir.

2020-ci ilin mayında qara dərili Corc Floydu polis Çauvinin yerə yıxıb doqquz dəqiqədən çox müddətdə onun boğazını dizinin altında sıxıb. Hadisə nəticəsində dünyasını dəyişən Floydun gaciəsinə bütün Amerika etiraz etdi.

Çauvinə qarşı irəli sürülən ən ağır ittiham, ikinci dərəcəli qətl, maksimum 40 il həbs cəzası ilə nəticələnə bilər.

Lakin hüquq üzrə ekspertlər deyir ki, 30 il daha əlverişli maksimum cəzasıdır, çünki ondan daha uzun həbs cəzası apellyasiya şikayəti nəticəsində rədd oluna bilər. Bu barədə cümə axşamı Associated Press xəbər verib.

Bundan öncə məhkəməyə sədrlik edən hakim Piter Kahil deyib ki, Floydun qətlində "ağırlaşdırıcı şərait" olub və bu da ona Çauvinə adi stat qaydalarından qeyd olunandan daha uzun cəza vermək səlahiyyəti verir. Minnesorada Çauvin kimi ilk dəfə cinayət törədənlərə verilən ortalama həbs cəzası 12.5 ilə bərabərdir.

Prokurorlar deyir ki, 30 il "təqsirləndirilən şəxsin rəftarının qurbana, qurbanın ailəsinə və icmaya dərin nəticələrinə daha uyğun olardı".

Çauvinin müdafiə komandası isə ona şərti cəzanın verilməsini və indiyədək həbsdə keçirdiyi vaxtın da nəzərə alınmasını istəyib.

Küçədən keçən bir şəxs tərəfindən telefon kamerası ilə videoya çəkilən Floydun ölümü dünya boyu, ələlxüsus da Birləşmiş Ştatlarda institusional irqçilik və polis əməllərinə qarşı etirazlara səbəb olmuşdu.