Britaniya Azərbaycana yeni səfir təyin edib

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.
Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.
Fergus Auld 2022-ci ilin avqustundan başlayaraq Azərbaycanda Böyük Britaniyanın səfiri vəzifəsində fəaliyyətə başlayacaq.
Qeyd edək ki, o, bu vəzifədə Ceym Şarpı əvəz edəcək.