BƏƏ-nin yeni Prezidenti seçildi

BƏƏ-nin yeni Prezidenti seçildi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ali Federal Şurası bu gün Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı ölkənin yeni prezidenti seçib.

Dünən BƏƏ Prezidenti Xəlifə bin Zayid Al Nəhyan 74 yaşında dünyasını dəyişib. Xəlifə bin Zayed Al Nəhyan 2004-cü ildən dövlət başçısı idi.

Əyalətin 7 əmirliyindən ibarət olan BƏƏ Ali Şurası Məhəmməd bin Zayedin dövlət başçısı vəzifəsinə təyin edilməsi barədə qərar verib.

Məhəmməd bin Zayed bin Sultan Əl Nəhyan Əbu-Dabi əmirliyinin vəliəhdi və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin baş komandanının müavinidir.

2004-cü ilin noyabrında Əbu-Dabi şahzadəsi və varisi təyin edilən Məhəmməd bin Zayed Əl Nəhyan 2005-ci ilin yanvarında Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin baş komandanının müavini təyin edilib.

Eyni zamanda 2005-ci ilin yanvarında ona general rütbəsi verilib. Həmçinin Əbu-Dabi İnzibati Şurasının rəhbəri olan Məhəmməd bin Zayed Əl Nəhyan Əbu-Dabinin inkişafı və planlaşdırılması üzrə cavabdeh şəxslərdəndir.