Yaddaşsızlığın dərmanı vitamin D

Yaddaşsızlığın dərmanı vitamin D

Vitamin D bədənimizdə bir neçə vacib funksiyanı yerinə yetirir: dişləri və sümükləri gücləndirir, həmçinin xərçəng, ürək-damar və nevroloji xəstəliklərdən qoruyur.

Bir çox insan D vitamininin bədənimizdə yalnız günəş şüalarının təsiri altında meydana gəldiyini düşünür. Lakin bir çox qidaların tərkibində zəngin d vitamini olur.

D vitamini çatışmazlığı olan insanlarda orta yaş həddini keçdikdən sonra yaddaş pozğunluqları və alzeymerə yaxalanma riski 53 faizədək artır.

Aparılan tədqiqatda Alzeymer xəstələri və sağlam könüllülər iştirak etmişdir. Qan nümunələrinin araşdırılması zamanı alzeymer xəstəliyinin müalicəsi üçün dərman qəbul etməyən xəstələrdə D vitamininin çox olmadığını görmək mümkündür. Lakin alzeymer xəstəliyini müalicə etmək üçün dərman qəbul edən xəstələrdə D vitamini daha yüksək səviyyədə idi.

Alzeymer xəstəliyini erkən mərhələlərdə müalicə etmək üçün istifadə olunan dərmanlar, D vitamininin bağırsaqdan qana sovrulmasını aktivləşdirir.

Beləliklə, buradan belə bir nəticəyə gəlmək olarkı, xüsusi bir pəhriz və ya D vitamini ilə əlavələrin xəstələrə kömək edə biləcəyi mümkündür.

D vitamini çox olan qidaları təqdim edirik:

Balıq

Həm sağlam, həm ləzzətli qida olan balığı həftədə ən az 3 dəfə yesəniz, D vitamini ehtiyacınızı böyük səviyyədə almış olursunuz.

Kartof

Püre halında olan kartofa bir az yağlı süd əlavə etsəniz, gündəlik D vitamini ehtiyacını ödəmiş olacaqsınız.

Göbələk

Göbələk gündəlik D vitamini ehtiyacının 7 faizini qarşılayır

Süd və süd məhsulları

Pendirlər və tam yağlı süd kalsium baxımından zəngindir

Yumurta

B12 və protein baxımından çox zəngin olan yumurta gündəlik D vitamini ehtiyacının 4 faizini qarşılayır.