Xoşbəxtlik hormonu Oksitosini necə artırmalı?

Xoşbəxtlik hormonu Oksitosini necə artırmalı?

Oksitosin beyində həyatdan zövq, xoşbəxtlik hisslərini yaradan hormondur.

Oksitosin həm də doğuş hormonu adlanır. Qadın övladını dünyaya gətirəndə ana ilə körpə ilk dəfə bir-birinə təmas edəndə həm uşaqda, həm anada bu hormon 100 qat artır.

Stresli vəziyyətlərdə, dünyadan üz döndərəndə bu hormonu artırmaq üçün mümkün olan hər bir şeyi sınamalısız. Bakupost oksitosini artırmağın 7 yolunu təqdim edi

1. Qucaqlaşın - qucaqlaşma bu hormonu 2 qat artırır. Amerikalı psixoloq Pol Zak gündə ən azı 8 dəfə qucaqlaşmağı tövsiyə edir. Qucaqlaşdığın insan doğma, yad ola bilər. Eləcə də ev heyvanını qucaqlaya bilərsiz

2. Ünsiyyətdə olun, söhbət edin - doğmalar, dostlarla canlı ünsiyyət bu hormonu hasil edir.

3. Masaja gedin - yüngül, rahatlaşdırıcı relaks masaj bədəndə bu hormonu artırır.

4. Ev heyvanı saxlayın - ona qarşı qayğı beyini rahatladır.

5. Torpağa toxum səpin - bu beynin kimyasını dəyişir. Elə ki, özünüzü enerjisiz hiss etdiz, bitki, toxum əkin.

6. Şokolad yeyin, şərbət için - çalışın bunlar təbii olsun.

7. Mahnı oxuyun - xoş bir mahnını zümzümə edib iş görmək və ya gəzmək də bu hormonu artırır.