Turp təbii müalicədir

Turp təbii müalicədir

Turp elə bir qidadır ki, heç bir ziyanı yoxdur.

Turpun tərkibi bədənimiz üçün lazım olan bütün vitamin və minerallarla zəngindir.

Vitamin C ilə zəngin olan turp bu soyuq aylarda bizim sağlığımızın əsl qarantıdır.  Vitamin C immun sistemin yaxşı vəziyyətdə olması üçün çox vacibdir. Turpun tərkibində zəngin sellülüoza var. Sellüloza sovrulmur, bağırsaqlarımız bu maddəni həzm etmək üçün çalışır. Bağırsaqlar işləyəndə onda köp, qəbizlik aradan qalxır, ferment istehsalı çoxalır bununla da bağırsaqlar, mədəaltı vəzi və öd yaxşı çalışar.

Turp öd istehsalını artırır, ağızda acılıq, öddə qum olanlar üçün turp ən yaxşı qidadır.

Bütün qışı hər gün turp yesəniz, yazda ödünüzü yoxlatdıranda tərtəmiz olduğunu görəcəksiniz.

Turp qaraciyər piylənməsindən əziyyət çəkənlər üçün əsl dərmandır. Qaraciyərində piylənmə olanlar, hər gün yeməklərinizi turpla yeyin və açıq havada bol-bol gəzin.

Böyrək daş və qumlarından əziyyət çəkənlər, turp ən yaxşı təmizləyicidir.

Turpun zəngin tərkibi hamilə qadınlar üçün olduqca faydalıdır. Nəzərə alsaq ki, hamilə qadınlara vitamin və minerallar daha çox lazımdır onda turp əvəzolunmaz bir nemətdir.

Bu tərəvəz hamilə qadınlarda ürəkbulanmanı azaldır. Turpun tərkibindəki fosfor dölün inkişafına çox yaxşı təsir göstərir və uşağın zəkalı olmasına vəsilə olur. 

Eyni zamanda böyük insanların beyin toxumasının fosfora çox ehtiyacı var.

Turp ən gözəl sinə təmizləyicidir, öskürəyin bütün növlərində bronxitlərdə olduqca faydalıdır. Uzun zaman xroniki bronxitdən əziyyət çəkənlər hər gün turp yeyin, turp çox əla bir bəlğəmgətiricidir.

Zobdan əziyyət çəkənlər üçün (yod çatışmazlığı) turp yemək əvəzolumazdır.

Turp qanazlığından əziyyət çəkənlər üçün də faydalıdır çünki turpda bol dəmir mineralı vardır.

Bu tərəvəzin tərkibindəki bol kalium və maqnezim ürək əzələisinin vurma gücünü artırır.

Turpdan çox istifadə edənlər mədə bağırsaq, süd vəzi, uşaqlıq xərçənginə tutulmazlar, çünki turp antioksidant mənbəyidir.

Çox yaxşı bir iştah gətiricidir, axşamlar yeyildikdə yuxunu dərinləşdirir, əsəb sakitləşdirir. Turpun tərkibindəki antioksidantlar dərini gözəlləşdirir, saç tökülməsinin qarşısını alır. Sonda öd daşı olanlar turpu ehtiyyatla istifadə etməlidirlər, ödqovucu olduğundan daşların kanala düşməsinə səbəb ola bilər amma az-az istifadə etsələr xolesterin mənşəli daşların əriməsinə səbəb olacaqdır.

Turpdan şəkər xəstələri də bol-bol istifadə edə bilər.