Bu giləmeyvə əqli gerilikdən qoruyur

Bu giləmeyvə əqli gerilikdən qoruyur

Qaragilə antioksidantlarla zəngindir, o orqanizmdə iltihabın dərəcəsini aşağı salır.

Müntəzəm olaraq bu giləmeyvəni yemək demensiya – qocalıq huşsuzluğu və əqli zəifliyinin qarşısını ala bilər. Bakupost.az xəbər verir ki, bunu Sinsinnati universitetinin nutrisioloqları və nevroloqları elmi araşdırma nəticəsində sübut ediblər.

Tədqiqatçılar 50-65 yaş arası preddiabeti, artıq çəkisi və yaddaş pozuntusu olan 33 pasiyentin üzərində təcrübə aparıblar.

12 həftə ərzində onlar meyvə-giləmeyvələrdən imtina ediblər.

Əvəzində bir fincan qaragiləyə bərabər mikroelement tozu qəbul ediblər. Qalan yarısı isə plasebo qəbul edib.

Sonradan aparılan testlər göstərib ki, qaragilə tozu qəbul edən qrupda yaddaş, davranış, koqnitib funksiyalar yaxşılaşıb. Qaragilə antosiananla zəngindir, o hüceyrələr arası enerji dövranını artırır.

Onun beyinə məhz necə təsir etməsi də araşdırılmalıdır. Amma fakt göstərir ki, yaşlı adamlara qaragilə yemək çox faydalıdır.