Türkiyədə yaşayan yeni müsəlman olmuş yaponlar

Türkiyədə yaşayan yeni müsəlman olmuş yaponlar

Türkiyədə yaşayan yeni müsəlman olmuş yaponiyalı, Türkiyə və Yaponiyadakı maraqlanan həmvətənlərinə İslam təlimlərini öyrədir.

Naoki Yamamoto İslam dini ilə Türkiyədə tanış olub. 12 il əvvəl İslamı qəbul etmiş yaponiyalı gənc indi yeni dininin mesajları ilə yapon soydaşlarını tanış etmək istəyir. Yamamota vətənə qayıtmaq əvəzinə yeni müsəlman olmuş yaponiyalıları Türkiyəyə dəvət edir və onlara İslamın əsaslarını və inanclarını öyrədir.

Yamamota bu yaxınlarda Konyada olub. O, Beynəlxalq islamı qəbuletmə Konqresində iştirak edib və Türkiyədəki təcrübələrindən bəhs edib.

O, İslamın əxlaqi və sosial təlimlərinə heyran olduğunu və dinini dəyişmək qərarına gəldiyini deyir. O, Türkiyəni müsəlmanların çoxluq təşkil etdiyi ölkə, din haqqında daha çox öyrənmək üçün ideal yer hesab edib və oraya köçüb. O, Türkiyədə islam elmləri, Quranla yanaşı, türk, ərəb və fars dilləri ilə də tanış olub. Gənc yaponiyalı həm də İstanbulda Mərmərə Universitetində dərs deyir.

Yamamoto deyir ki, Yaponiyada Şinto və Buddizm əsas dinlərdir. Digər dinlərin az sayda davamçısı var. Amma onun ölkəsində İslamı qəbul edənlərin sayı artır. Əslində o, İslam dinilə Yaponiyada müsəlman universitet ustadı vasitəsilə tanış olub.