Şeyx Heydərin Xızıdakı türbəsi dağılıb

Şeyx Heydərin Xızıdakı türbəsi dağılıb

Azərbaycan dövlətçilik tarixində dərin iz qoymuş Şah İsmayıl Xətainin atası Şeyx Heydərin adını daşıyan türbəsi acınacaqlı vəziyyətdədir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Xızı rayonunun Tıxlı kəndində, Beşbarmaq dağının arxasında yerləşən Şeyx Heydər türbəsi baxımsızlıqdan dağılmaqdadır. 

Ərazidəki həmin dövrə aid məzar daşları və türbə illər öncə dağılsa hələ də təmir olunmayıb.

Türbə üzərində aşkar edilmiş daş lövhədəki üçsətirlik farsca kitabə süls elementli nəsx xətti ilə həkk olunub. Kitabənin birinci sətri iri, aydın nəsx xətti ilə, ikinci, üçüncü sətirdəki sözlər 5-6 cərgədə, yuxarı qaldırılaraq üst-üstə süls elementli xırda nəsx xətti ilə yazılıb.