Müqəddəs Avqustin kilsəsindən 2 milyonluq əsər oğurlandı

Müqəddəs Avqustin kilsəsindən 2 milyonluq əsər oğurlandı

Naməlum şəxslər Nyu-Yorkdakı Müqəddəs Avqustin kilsəsindən 2 milyon dollar dəyərində qızıl əsər oğurlayıblar.

Şəhər polisinin yaydığı məlumatda deyilir ki, mayın 26-da saat 18:30-dan mayın 28-i saat 16:00-a qədər Altıncı Prospekt 116 ünvanında yerləşən Müqəddəs Avqustin Roma Katolik Kilsəsinin qurbangahı açıq olub. 1890-cı ilə aid olan 18 karatlıq xalis qızıldan qiymətli daşlarla düzəldilmiş çadır ələ keçirilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, kilsənin baş papazı Peder Frank Tumino oğurlanan çadırın çox nadir tarixi əsər olduğunu bildirib. O, eyni zamanda əsərin kilsənin gizli məkanında, mərkəzində qorunduğunu deyib:

"Bu oğurluq çox dəhşətlidir. Çünki oğurlanan əsər ziyarətə gələnlərin girmədiyi otaqda, kilsənin mərkəzində qorunurdu. Kilsənin bu otağına girmək müqəddəslərə qarşı çox böyük hörmətsizlikdir"

əxmini dəyəri 2 milyon dollar olan çadırın oğurlanması ilə yanaşı kilsədə olan mələk heykəlinin də başını kəsib aparıblar. 

Nyu-York Polis Departamenti oğurluqla bağlı məlumat toplamaq üçün ictimaiyyətin köməyinə ehtiyacları olduğunu elan edib.

Qeyd edək ki, oğrular qaçarkən kilsənin nəzarət kamerlarının görüntülərini də yox etməyi bacarıblar.