Dağıdılmış Mariupolda "Avroviziya" müsabiqəsi keçiriləcək

 Dağıdılmış Mariupolda "Avroviziya" müsabiqəsi keçiriləcək

"Avroviziya-2022" mahnı müsabiiqəsinin qalibi olan Ukrayna gələn il bu müsabiqəni yeni qurulmuş və indi Rusiya işğalı nəticəsind dağıdılmış Mariupolda keçirməyi planlaşdırır. Bunu müsabiqə münasibətilə xalqa ünvanladığı təbrikində Ukrayna prezidenti Volodimir Zelenski yazıb.

"Cəsarətimiz dünyanı heyran edir, musiqimiz Avropanı fəth edir! Gələn il Ukrayna "Avroviziya"ya ev sahibliyi edəcək! Tarixində üçüncü dəfədir və inanıram ki, sonuncu deyil. Biz əlimizdən gələni edəcəyik ki, bir gün "Avroviziya" iştirakçılarını və qonaqlarını Ukraynanın Mariupol şəhərində qəbul edək.

Azad, dinc, yenidən qurulmuş! "Kaluş” qrupunu qalib edən və bizə səs verən hər kəsə təşəkkür edirik! Əminəm ki, düşmənlə döyüşdə qələbə akkordumuz uzaqda deyil", - Zelenski bildirib.

Ukraynanı müsabiqədə təmsil edən Kalush Orchestra qrupu böyük səs çoxluğu ilə müsabiqənin qalibi olub. Öz çıxışlarının sonunda ifaçılar dünya ictimaiyytini mühasirədə olan Mariupol şəhərinin əhalisinə kömk etməyə çağırıb.

Hazırda Mariupol 2022-ci il fevralın 24-dən Rusiyanın Ukraynaya qarşı başladığı işğalçı hücum nəticəsindən mühasirədə saxlanılır. Rusiya qoşunları dinc əhalini şəhəri tərk etməyə qoymur. Şəhər daim bombardman edilsə də təslim olmur.