821-ci ildə tikilən "Qızlar məscidi"

821-ci ildə tikilən "Qızlar məscidi"

Qahirənin qədim və tarixi "Qızlar məscidi" ilə tanış olaq

 Qızlar Məscidi hicri-qəməri tarixi ilə 821-ci ildə Çərkəz məmlüklərindən olan Əmir Fəxruddinin göstərişi ilə inşa edilmişdir. Məscid tikilən ili Əmir Fəxruddin vəfat edir və məsciddə dəfn olunur.

Misrin paytaxtı Qahirə şəhərinin qədim və tarixi Came məscidi həm də "Qızlar Məscidi" adı ilə məşhudur.

Nəzdində qədimdən "əl-Fəxriyyə" adlı mədrəsə də fəaliyyət göstərmiş bu məscidin 600 il civarında yaşı var.

Qızlar Məscidi hicri-qəməri tarixi ilə 821-ci ilə (1418 milad) Çərkəz məmlüklərindən olan Əmir Fəxruddinin göstərişi ilə inşa edilmişdir. Məscid tikilən ili Əmir Fəxruddin vəfat edir və məsciddə dəfn olunur.

Məscid hazırda Qahirənin Port Səid prospektinin "Dərb əl-Əhmər" adlanan hissəsində və əl-Əzhər xiyabanı yaxınlığında yerləşir.

Məscidin üstü açıq olan geniş bir həyəti var. Həyətin ətrafında 4 eyvan tikilib.

Üzü qibləyə olan şərqi eyvan ən böyük eyvandır.

Bu eyvanda fil dişi sümüyü ilə bəzədilmiş mənbər və mənbərin yanında sadə bir mehrab var.

Məscidin 4-cü həyəti şimal tərəfdən Fəxruddin və oğlunun qəbrinədək uzanır.

Digər bir eyvanın qapısı isə Port Səid xiyabanına açılır və həmin hissədə minar yerləşib.

Bu minarə 1851-ci milad ilində Məhəmməd Əli Paşanın oğlu Hüseyn Bəy anası tərəfindən tikilib. Bu xanım həm də məscidin Port Səid xiyabanına açılan qapısını də təmir elətdirib.

Qızlar Came Məscidi 1895, 1992 və 1995-ci ildə ibadətə yararlı olsun deyə təmir olunub.

Məscidin "əl-Fəxriyyə" mədrəsəsində Hənəfi, Maliki və Şafei məzhəbinin fiqhi dərsləri və sufilik tədris edilib.

Mədrəsədə Şəmsuddin Məhəmməd Bərmavi Şafei, Qazil-Quzat Şəmsuddin Məhəmməd Deyri Məqdisi Hənəfi və Camaluddin Abdullah bin Miqdad əl-Maliki kimi məşhur alimlər tədris ediblər.