XXI əsrdə ən çox qələbə qazanan Azərbaycan klubu

XXI əsrdə ən çox qələbə qazanan Azərbaycan klubu

 Azərbaycan Premyer Liqasında XXI əsrdə ən çox qələbə qazanan komandaların siyahısı müəyyənləşib.

Apasport.az saytının tərtib etdiyi cədvəldə 2001-ci il yanvarın 1-dən indiyədək olan müddətdə çempionatda ən çox qalib gələnlər yer alıb.

Siyahıya "Qarabağ" başçılıq edir. Ağdam klubu 21 il ərzində hamıdan çox – 327 dəfə üç xal əldə edib.

İkinci sıradakı "Neftçi"ni rekordçudan 15 qələbə ayırır. İlk "üçlüy"ü "Keşlə" qapayır.

Ən çox qələbəsi olan 11 klubdan beşi – "Bakı", "Xəzər Lənkəran", "Turan", AZAL və "Simurq" çoxdan tarixin yaddaşına köçüb. "Kəpəz" isə aşağı liqada çıxış edir.

XXI əsrdə ən çox qələbə qazanan 11 klub

  1. "Qarabağ" - 327
  2. "Neftçi" - 312
  3. "Keşlə" - 271
  4. "Qəbələ" - 178
  5. "Bakı" - 163
  6. "Xəzər Lənkəran" - 160
  7. AZAL - 127
  8. "Turan" - 95 9-10. "Simurq" - 88 9-10. "Kəpəz" - 88
  9. "Sumqayıt" - 83