Tanınmış futbolçunu 4 illik həbs cəzası gözləyir

Tanınmış futbolçunu 4 illik həbs cəzası gözləyir

İngiltərənin "Vest Hem" klubunun 27 yaşlı futbolçusu Kurt Zuma 24 may tarixində Londondakı "Sülh Cəza" məhkəməsinə çıxarılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, fransalı futbolçu pişiyi təpiklədiyinə görə mayın 24-də Londonda məhkəməyə çıxarılıb. Zuma ilə yanaşı, onun heyvana qarşı qəddarlığını videoya çəkən qardaşı Joan da mühakimə olunur.

Oyunçunu 4 ilə qədər həbs cəzası və 60 000 avro cərimə gözləyir.

"Vest Hem" klubunun texniki direktoru David Moyes hadisədən çox üzüldüyünü və bir heyvansevər olduğunu bildirib: "Mənim işim ən yaxşı yığmanı meydana çıxartmaqdır. Kurt da bu yığmanını bir parçasıdır".

Məhkəmə növbəti prosesi iyunun 1-nə təyin edib. Hakim bildirib ki, iyunun 1-də məhkəmə hökmünü elan edəcək.

Futbolçu günahkar olduğunu və heyvana qarşı göstərdiyi şiddətə görə peşimançılığını bildirb, bu hərəkətinə görə üzülənlərdən üzr istəyib. 

Kurt Zumanın pişiyini təpikləyrəkən onu videoya çəkən qardaşı fevral ayında bu görüntüləri sosial şəbəkəyə yükləyib.

Qeyd edək ki, Joan bu görüntüləri fevral ayında paylaşdıqdan sonra böyük səs-küyə səbəb olub. Hadisədən xəbər tutan Kraliyyət Hayvanlara Qarşı Şiddətin qarşısını alma Dərnəyi (RSPCA) zərərçəkmişi-pişiyi fransalı futbolçunun əlindən alıb və nəzarətə götürüb.