Hacı Nuran Alpaqut Federasiyasının vitse-prezidenti seçilib

Hacı Nuran  Alpaqut Federasiyasının vitse-prezidenti seçilib

Teleaparıcı Nuran Hüseynova (Hacı Nuran) yeni vəzifə verilib.

Bu barədə o, "Instagram" səhifəsində paylaşım edib. Bildirib ki, o, Azərbaycan Alpaqut Federasiyasının İctimai məsələlər üzrə vitse-prezidenti seçilib.

Qeyd edək ki, Alpaqut (Alp: döyüşçü, Qut: müqəddəs)-Müqəddəs Döyüşçü mənasını daşıyır.