DÇ-2022-nin siması bəlli oldu

DÇ-2022-nin siması bəlli oldu

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının siması olacaq.

"The Sun" nəşrinə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığı növbəti ay açıqlayacaq.

Hazırda ABŞ-ın "İnter Mayami" klubuna sahiblik edən 46 yaşlı keçmiş yarımmüdafiəçi bu razılaşmadan illik təxminən 18 milyon avro qazanacaq.

Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır. (sfera.az)