Bu gün "Formula-1" azarkeşlərinin "Pit" zolağında gəzintisi olacaq - FOTO

"Formula-1" Azərbaycan Qran-prisi çərçivəsində saat 12:00-dan 13:30-a kimi Pit zolağında gəzinti olacaq.

Yarışın ən maraqlı hissələrindən sayılan "Pit" zolağı gəzintisi iki saata yaxın davam edəcək, burada "F1" azarkeşləri komandalar, onların qarajları ilə yaxından tanış olmaq, dünya şöhrətli pilotlarla rəsm çəkdirmək imkanı əldə edəcəklər.

Xatırladaq ki, yalnız üç günlük bileti olan tamaşaçılar "Pit" zolağı gəzintisində iştirak edə biləcəklər.

Qeyd edək ki, bu yarışma paytaxtda böyük tıxaclara səbəb olub.