"Bavariya"nın transfer israrı
_medium.jpg)
"Bavariya" "Ayaks"ın yarımmüdafiəçisi Rayan Qravenberxin transferində israrlıdır.
Münhen klubu mövsümün sonunda gənc oyunçunu heyətinə qatmaq üçün prosesləri sürətləndirib.
Bundesliqa təmsilçisinin idman direktoru Hasan Salihamidzic Çempionlar Liqasının 1/8 final mərhələsinin "Benfika" ilə cavab oyununda 19 yaşlı niderlandlı futbolçunu tribunadan izləyib. Almanlar bu keçidi 25 milyon avroya həll etməyi planlaşdırır. "Mançester Yunayted" və "Real" da onunla maraqlanır.
Ətraflı Ad - 00:25 Qeyd edək ki, Rayan Qravenberx bu mövsüm Erediviziyada 25 oyuna çıxıb, 2 qol, 5 assistlə yadda qalıb. (apasport)