Barselona 21 ildən sonra Avropa Liqasında oynayacaq

Barselona 21 ildən sonra Avropa Liqasında oynayacaq

İspaniyanın Barselona klubu Çempionlar Liqasındakı mübarizəsini qrup mərhələsində dayandırıb.

Klub qrup mərhələsinin son oyununda Almaniyanın Bayern klubu ilə üz-üzə gəlib. Almaniyada 0-3 hesabı ilə məğlub olan Kataloniya təmsilçisi 6 turun yekununda 7 xal toplayıb.

Bu nəticə ilə qrupda üçüncü olan katalonlar mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olacaqlar. Qeyd edək ki, Barselona sonuncu dəfə 21 il əvvəl Çempionlar Liqasının qrup mərhələsindən çıxa bilməyib, Avropa Liqasında çıxış edib.