Azərbaycanlı boksçu İrəvanda qızıl medal qazandı

Azərbaycanlı boksçu İrəvanda qızıl medal qazandı

Ermənistanın paytaxtı İrəvanda kişilər arasında keçirilən boks üzrə Avropa Çempionatında Gürcüstanı təmsil edən Azərbaycan əsilli Sahil Allahverdiyev qızıl medal qazanıb.

Bu barədə Gürcüstanın Milli Boks Federasiyasından məlumat yayıb. Bildirilib ki, yığma komandanın üzvü olan soydaşımız Gürcüstana çempionatda 48 kq çəki dərəcəsində ilk qızıl medalı qazandırıb:

"Final qarşılaşmalarında uğurlu start. Uğurumuz münasibətilə bütün Gürcüstanı təbrik edirik"-deyə yayılan məlumatda qeyd olunub.

Qeyd edək ki, Sahil Gürcüstanı Tokio-2020 Yay Olimpiya Oyunlarında 52 kq çəki dərəcəsində təmsil edib.