Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır

 Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri Light" markalı xam neftin qiyməti 1,73 ABŞ dolları, yaxud 2,1 faiz artıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 84,22 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.