Yeddi görkəmli qari haqqında kitab nəşr edilib

"Məzamirul-Quran ... Əl-üzmaus-Səbəti lidövləti-tilavə" (Quran məzmurları ... Misir tilavət məktəbinin yeddi böyük qarisi) adlı kitab yeddi görkəmli misirli qiraətçinin qiraət üslubu arasındakı əlaqəni təhlil etmək məqsədi ilə nəşr edilmişdir.
İymənul-Həkimin yazdığı "Məzamirul-Quran ... Əl-üzmaus-Səbəti lidövləti-tilavə" (Quran məzmurları ... Misir tilavət ustadlarının yeddi böyük qarisi) adlı kitab bu yaxınlarda Misirdə İbidi Nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Bu kitab uzun bir müqəddimədə 20-ci əsrin əvvəllərindən Misir Quran məktəbinin tarixinə işarə etmişdir.
Bu kitabda Misir tarixinin böyük qariləri fərqli və bənzərsiz bir ölçüdən tanıtdırılır. O da onların muğam ilə əlaqəsidir.
Bu kitabda Məhəmməd Rəfət, Mustafa İsmayıl, Əbdül-Basit, Mənşəvi, əl-Bənna, əl-Hüsari və Tələvi də daxil olmaqla Misir Quran məktəbinin yeddi sütununun adı qeyd olunmuşdur.