Peyğəmbərlər – bir məktəbin müəllimləri

Peyğəmbərlər – bir məktəbin müəllimləri

Allah-Taala Qurani-Kərimin "Ali-İmran" surəsinin 84-cü ayəsində belə buyurur:

قُلْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ عَلَيْنَا وَمَا أُنزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَقَ وَيَعْقُوبَ وَالأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَالنَّبِيُّونَ مِن رَّبِّهِمْ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ

"De, Allaha və bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və Əsbata (Yəqubun nəslindən olan peyğəmbərlərə) nazil edilənə, Musaya, İsaya və dirgər peyğəmbərlərə Rəbbi tərəfindən verilənə iman gətirmişik, onlardan heç birinin arasında fərq qoymuruq və biz təkcə Ona (əmrlərinə) təslimik."

İşin zahiri forması əsas deyil. Əsas məsələ son və yekun hədəfdir. Mümkündür ki, müxtəlif zamanlarda peyğəmbərlərin dəvət və fəaliyyət forması fərqli olsun. Məsələn, həzrət Musa Fironun üstünə gedir, həzrət Süleyman isə Bilqeys kimi hökmdarı də’vət edir. Amma hər iki halda son hədəf birdir. Mə’sum imamların da fəaliyyət növü eynilə belədir.

Keçmiş peyğəmbərlərdən gələcək peyğəmbərləri təqdim edib tanıtdırmaq istənilirsə, gələcək peyğəmbərdən də öz ardıcılları ilə birgə keçmiş peyğəmbərlərə iman gətirmək tələb olunur.

Bildirişlər

-Öz imanınızı aşkar edin.

-Peyğəmbərlərə iman Allaha imanın yanında olmalıdır.

-Özümüzdən əvvəlkilərin xidmətlərini unutmayaq.

-Peyğəmbərlərin gəlməsi ilahi rübubiyyətin cilvəsidir.

-İlahi hidayət və din bəşər tarixi boyu olmuşdur.

-Peyğəmbərlər bir məktəbin müəllimləri kimidir; ibtidai siniflərdən tutmuş ali dərslərə qədər silsiləvari maarif tədris olunmalıdır.

-Bütün peyğəmbərlər vahid hədəf uğrunda çalışıblar.

-Bir peyğəmbərin digərindən üstün olması onlara iman gətirilməsində maneçilik yaratmır. İslam Peyğəmbəri digər peyğəmbərlərə öz imanını bildirməklə onların ardıcıllarını ümumi dəvətə çağırır. İslam Peyğəmbəri haqqa mütləq şəkildə təslimdir.

-Peyğəmbərlər arasında fərq qoyanlar Allaha həqiqi mənada təslim olmamışlar.

-Möminlər digər mövcudlarla həmahəng şəkildə Allaha təslim olublar. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 2-ci cild, "Ali-İmran" surəsi, 84-cü ayənin təfsiri.) (maide.az)