Moskvada Beynəlxalq İslam Konfransı keçirilib

Moskvada Beynəlxalq İslam Konfransı keçirilib

Rusiyanın paytaxtında Ümumdünya Müsəlmanlar İttifaqında müxtəlif ölkələrdən 43-dən çox islam mütəfəkkir və aliminin iştirakı ilə beynəlxalq İslam konfransı keçirilib.

Son illərdə ilk dəfə keçirilən bu konfransda Rusiya ilə İslam dünyası arasında sivil münasibətlərin möhkəmləndirilməsi məqsədi ilə görüşlər və danışıqlar aparılıb.

Konfransda Rusiyanın prezident aparatından, Duma və Məclisdən də nümayəndələr iştirak ediblər.

Bu iclasda Mədəniyyət, Elm və Təhsilin Müdafiəsi Dövlət Fondu, Milli Məclis və Rusiyanın dini qurumları arasında bir sıra sazişlər imzalanıb.

Bu konfrans, dinlərin ardıcılları arasında əməkdaşlıq anlayışlarının təbliği, o cümlədən İslamın yüksək dəyərlərinin təbliği, ərəb dili və Qurani-Kərimin tədrisinə dəstək məqsədi ilə keçirilib.

Rusiya Federasiyasının əhalisinin 20 milyona yaxınını müsəlmanlar təşkil edir. Bu ölkə 2005-ci ildən İslam Konfransı Təşkilatının müşahidəçi üzvüdür. Rusiya rəsmiləri İslam Konfransı Təşkilatına daimi üzv olmaq istəklərindən danışıblar.