Misir məscidlərində qadın müftilər işə başlayıb

Misir məscidlərində qadın müftilər işə başlayıb

Mayın sonundan qadınlar Misir məscidlərində həmcinslərinə fətva almaq üçün müraciət edə bilərlər. Bu barədə İslamnews iyunun 17-də xəbər paylaşıb.

Qadın müftilər ilkin olaraq Qahirənin dörd məscidində işə başlayıb. Daha sonra onların digər şəhərlərdə də fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

Dim xadimlərindən biri, Nevin Muxtarın sözlərinə görə, ilk gündən onlara 100-dən çox qadın müraciət edib. Nevin fətva şurası çərçivəsində 3 saat ərzində fasiləsiz çalışıb.

Azərbaycanda isə məscidlərə qadın din xadimlərinin təyin olunması haqda məlumat aprelin 14-də yayılıb. Onların yalnız məscidin qadın ziyarətçiləri üçün xidmət göstərəcəkləri bildirilib.

İslam şəriətinə əsasən, qadının yalnız kişilər üçün dini ainləri icra etməsi qadağandır. Müctəhidlərin hökmünə görə, qadın yalnız qadınlar üçün imam camaat ola bilər.