Kərbəla şəhidləri - Müslim ibn Əqilin oğlu Abdullah

Kərbəla şəhidləri - Müslim ibn Əqilin oğlu Abdullah

Müslim ibn Əqilin oğlu Abdullah İmam Hüseynin (ə) bacısı oğlu- anası İmam Əlinin (ə) qızı Rüqəyyədir. O, üç dəfə şücaətlə düşmən qoşununa həmlə edərək aşağıdakı rəcəzi oxudu:

الْيَوْمَ أَلْقى‌ مُسْلِماً وَهْوَ أَبي‌ وَفِتْيَةً بادُوا عَلَى دينِ النَّبِيِ‌ لَيْسُوا بِقَوْمٍ عُرِفُوا بِالكَذِبِ‌ لكِن خيارٌ وَكِرامُ النَّسَبِ‌ مِنْ هاشِمِ السّاداتِ أَهْلِ الْحَسَبِ‌

"Bu gün atam Müslimlə, Peyğəmbər (s) dinində olan mərd, yalançılıqla tanınmış qövmdən sayılmayan, əksinə möhtərəm, Haşim böyüklərindən və şəxsiyyətli insanların nəslindən olan kəslərlə görüşəcəyəm."

Abdullah şücaətlə döyüşdü və nəhayət, əli alnında olduğu halda, Əmr ibn Sübeyh ona tərəf bir ox atıb əlini alnına yapışdırdı. Abdullah nə qədər çalışdısa da, əlini ayıra bilmədi. Əmr ibn Sübeyh qabağa gəlib nizəni onun ürəyinə sancdı və onu şəhadətə yetirdi.

Bəzi rəvəyətlərə əsasən, Abdullah Həzrət Əli Əkbərdən sonra şəhadətə çatmışdır. (maide.az)