İslam dünyasının kosmos elmləri toplantısı

İslam dünyasının kosmos elmləri toplantısı

Ümumdünya İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən "Kosmos elminin gələcəyini birlikdə tədqiq etmək üçün" şüarı ilə ilk sessiyasında Kosmik Elm üzrə Ümumdünya Sammiti işə başlayacaq.

İslam dünyasının kosmos elmləri toplantısının keçirilməsiİQNA, Əl-Vefd-ə istinadən xəbər verir ki, Ümumdünya İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) Amerika Kosmik Fondu ilə əməkdaşlıq edərək, "Kosmos elminin gələcəyini birlikdə tədqiq etmək üçün" şüarı ilə toplantı keçirir.

İclasda beynəlxalq təşkilatların və ixtisaslaşmış institutların rəsmiləri, astronavtlar, ekspertlər və kosmik elmlər üzrə tədqiqatçılar iştirak edirlər. Bu tollantı, kosmik elm və əlaqəli sənayelərdə yeni təcrübə və perspektivlərin mübadiləsi məqsədilə təşkil olunub.

Bu konfrans, iki gün ərzində Təşkilatın Rabatdakı baş qərargahında təşkil olunacaq. Bu konfransın bir sıra hədəfləri var ki, onlara işarə edirik:

Sənaye sektorunda iştirakçıların kosmik elmin əhəmiyyəti haqqında məlumatlarının artırılmasına kömək etmək məqsədi daşıyır. Bu elmin yaratdığı fürsətləri təqdim edir. Üzv ölkələrə inkişaf imkanları yaradır. Həmçinin milli məhsuldarlığı artırmaq və iqtisadi artımı sürətləndirmək üçün çətinliklərin öhdəsindən gəlməyə kömək etmək üçün bilik mübadiləsi aparılır. Aerokosmik sənayedə gənc məzunlar üçün mövcud iş imkanlarını kəşf etmək və akademik tədqiqatçıları həvəsləndirmək kimi məqsədləri var.

Forumun ilk gününün gündəliyinə açılış nitqləri daxildir. Sonra kosmik ekosistemlərin tənzimlənməsinin İslam dünyası üçün əhəmiyyətindən bəhs edən ilk sessiya keçiriləcək.

Kosmos elmlərinin ikinci sessiyasında, yer, ətraf mühit və insan haqqında bəhs olunacaq. Üçüncü sessiyada biliklərə əsaslanan kosmik elmin tətbiqlərinin yaradılmasında kosmik agentliklərin rolu müzakirə olunacaq.

Daha sonra fəlakətlərin və insan böhranlarının risklərinin azaldılmasında və yoxsulluğun aradan qaldırılmasında kosmos elminin əhəmiyyətinə dair dəyirmi masa keçiriləcək.

Bu konfransın ikinci günü, həmçinin bir sıra ixtisaslaşdırılmış iclasların keçirilməsi nəzərdə tutulur.