Arizona Universitetində Quranın yandırılması ilə bağlı araşdırma tələbi

Arizona Universitetində Quranın yandırılması ilə bağlı araşdırma tələbi

Amerika-İslam Münasibətləri Şurası, Arizona Universitetində Qurani-Kərimin və islami mətnlərin təhqir olunmasını pisləyərkən, ölkədə anti-islamizmin artmasında ABŞ rəsmilərini günahlandırıb.

ABŞ-da ən böyük müsəlman vətəndaş hüquqları və insan haqları təşkilatının qolu olan Amerika-İslam Münasibətləri Şurası (CAIR), federal və yerli hüquq-mühafizə orqanlarını Qurani-Kərimin və bəzi İslam dini materiallarının Arizona Universitetinin namaz zalında yandırılmasını araşdırmağa çağırıb.

Bu barədə Arizona Dövlət Universiteti Müsəlman Tələbələr Birliyi İnstaqram səhifəsində məlumat yayıb ki, bu təhqir və təxribat dekabrın 8-də Hayden Kitabxanasındakı Dinlərarası Dialoq Otağında baş verib. Ora çoxlu müsəlman tələbələrin getdiyi yerdir.

Bu bəyanatda Qurani-Kərimin nüsxələrinin və İslam ədəbiyyatı kitablarının yandırılaraq cırıldığı bildirilir.

Bəyanatda tələbələrin təhlükəsiz təhsil mühitindən istifadə etmələrini təmin etmək üçün ABŞ rəsmilərinin hadisəyə ciddi yanaşmasının vacibliyi vurğulanıb. Həmçinin qeyd olunub ki, Rəsmilər və icma liderləri müsəlmanlara qarşı nifrətin yayılmasına gətirib çıxaracaq qərəzlərin ölkə daxilində artmasına qarşı çıxışlar etməlidir.