Amerikalı mütəfəkkir: Quran İslamı sülh dini olaraq təqdim edib

Amerikalı mütəfəkkir: Quran İslamı sülh dini olaraq təqdim edib

Juan Kole vurğulayıb ki, Quran insanları dərinin rəngi, dil, irq və sərvətinə görə deyil, insani dəyərlərə görə qiymət verir və bu fərqlilikləri yeni şeylər öyrənmək üçün fürsət hesab edir.

Amerikanın Miçikan universitetinin ustadı və amerikalı düşünür Juan Kole (Cole) qələmə aldığı "Məhəmməd Rəsulullah imperatorluqların keşməkeşləri arasında" (Muhammad: Prophet of Peace Amid the Clash of Empires) kitabında İslam dininin sülh dini olduğunu deyib və vurğulayıb ki, qərblilərin İslam dininin müharibə dini olması barədə təsəvvürləri doğru deyil və İslam dini təkcə bir sıra məqamlarda müdafiə döyüşünə əmr etmişdir.

Qeyd edək ki, Amerikanın Miçikan universitetinin ustadı və amerikalı düşünür Juan Kole (Cole) qələmə aldığı "Məhəmməd Rəsulullah imperatorluqların keşməkeşləri arasında" (Muhammad: Prophet of Peace Amid the Clash of Empires) kitabı Əmr Bisyuni və Hişam Səmir tərəfindən Ərəb dilinə tərcümə edilib və İbn Nədim nəşriyyatı tərəfindən çap və nəşr edilib.

O bu kitabda vurğulayıb: İslam dini sülhü tərvic etmək və zühur etdiyi zamanda ərəblər arasında yayılmış müharibəyə son vermək üçün gəlmişdi.

Müəllif kitabda Quran ayələrinə istinadən qərbli şərqşünasların İslam dininin müharibə dini olması barədə təsəvvürlərinin yanlış olduğunu istbat edib.

Amerikanın Miçikan universitetinin ustadı və amerikalı düşünür Juan Kole (Cole) "Əl-Cəzirə" peyk televiziya kanalı ilə müsahibəsində deyib:

"Mən tövsiyə edirəm ki, alim və düşünürlər Qurani-Kərimdə olan çoxsaylı sülh ayələrindən qəflət etməsinlər. Çünki alimlər bu sülh ayələrindən qafildirlər və onlar azsayda müdafiə döyüşləri barədə nazil olan ayələrin üzərində fokslanıblar.

O əlavə edib: Sülh ayələri Quranın bütün surələrində var və bu ayələr hicrətdən öncə və sonranı ehtiva edir. Quran cənnəti sülhə bərabər hesab edib. Mələklər cənnət əhlinə salam verəcəklər və sülh və dostluq cənnət əhlini əhata edəcək və orada kin, qəzəb və düşmənçilik yoxdur.

Juan Kole vurğulayıb: Allah-Taala Qurani-Kərimdə hər bir ayədə insanları sülhə, dostluğa və mehribanlığa dəvət edir. Buna görə mən inanıram ki, sülh yer üzünü cənnətə çevirə bilər.

Amerikalı alim Qurani-Kərimdən bir neçə ayəyə istinad edərək vurğulayıb ki, Həzrət Peyğəmbər (s) Məkkə müşrikləri ilə də sülh etməyə çalışıb. Hətta Quran müşriklərə də haqq verir ki, müsəlmanlara təcavüz etməmək şərti ilə öz dinlərində qalsınlar. Müşriklərin Mədinəyə hücumu zamanı belə Qurani-Kərim insanları sülhə və dostluğa təşvir edir (Möminun, 7).

Amerikalı alim hicrətin altıncı ilə bağlanmış Hüdeybiyyə sülhü və Məkkə fəthinə işarə edərək vurğulayıb ki, müşriklərin yüzlərlə müsəlmanı öldürməsinə rəğmən İslam dini onları bağışladı. İslam Peyğəmbərinin (s) həyat tərzi sülh, dostluq, mehribanlıq və əfv ilə doludur.

Juan Kole vurğulayıb ki, Quran insanları dərinin rəngi, dil, irq və sərvətinə görə deyil, insani dəyərlərə görə qiymət verir və bu fərqlilikləri yeni şeylər öyrənmək üçün fürsət hesab edir (Hücurat, 13).

Amerikalı alim vurğulayıb: Təkcə Hücürat surəsində deyilən bu əsas prinsiplər dünyanın bütün keşməkeşlərinə son vermək üçün bəs edər.