2022-ci il Ərbəininin şüarı seçilib

2022-ci il Ərbəininin şüarı seçilib

Ərbəin qərargahının mədəniyyət komitəsinin rəhbəri elan edib ki, "Mən Hüseyndənəm" builki Ərbəinin şüarı seçilib.

Bu şüarın elanı və "2022-ci il Ərbəininin" afişasının nümayişi mərasimi, bazar ertəsi, iyunun 14-də İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullah Xameneni ilə görüş zamanı təyin edilib.

Mərasimin əvvəlində Ərbəin Mədəniyyət Komitəsinin sədri Höccətül-islam Həmid Əhmədi builki Ərbəinin şüarı ilə bağlı İran və İraqda müxtəlif görüşlərin keçirilməsinə və təkliflərin toplanmasına toxunaraq deyib: "Ərbəin şüarının seçilməsi ilə bağlı vurğulanırdı ki, şüarın mətnində Seyidüş-Şühədanın (ə) adı mütləq olmalıdır. Şüar İmamların (ə) hədislərindən seçilməlidir.

Mövcud qlobal vəziyyətə diqqət edib və Ərbəinin qloballaşması məsələsini hədəfləməlidir. Təkliflər toplandıqdan sonra qərara alındı ki, builki şüar Rəsuli-əkrəmin (s) "Hüseyn məndəndir, mən də Hüseyndənəm" hədisinin bir parçası olsun.