Baş leytnant Anar Məmmədovun Şəhadətinin ildönümüdür

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytnantı olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. O, dəfələrlə yaralansa da müharibədə iştirak edir. 14 nəfər döyüşçünü ermənilərin mühasirəsindən çıxaran Anar Məmmədov sonuncu dəfə Qırmızı Bazar yaxınlığında düşmənlərin mühasirəsinə düşüb və sonacan döyüşərək Şəhadətə ucalıb.  

Anar Məmmədov oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub.

 "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif medalı ilə təltif edilib.

Anar Zəhəddin oğlu Məmmədov 25 oktyabr 1992-ci ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olub.

Şəhidimiz Saatlı rayonunun Mustafabəyli kəndində dəfn edilib. Ailəli idi. Bir övladı canını qurban verdiyi vətəninə əmanət qaldı.