Qazimizin beyninə qan sızıb- komadadır

Qazimizin beyninə qan sızıb- komadadır

17.05.1998-ci il təvəllüdlü Masallı sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynlinin vəziyyəti ağır olaraq qalır.

Bu barədə vetenugrunda.az-a onun atası Füzuli Şahhüseynov məlumat verib: "Zeynal müharibə başlayan kimi cəbhəyə yollandı. O, Füzuli-Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanıb. Oğlumu döyüş zonasından Bakı Şəhər Hərbi Hospitala aparıblar, hərbi hospitaldan təxris olunduqdan sonra döyüş zamanı yaralı hərbçilər üçün ayrılan Masallı Rayon Bioloji Klinikasına göndərildi. Bu klinikada müalicə qənaətbəxş olmdı. Özümüz onun xəstəxanada müalicəsini etdirdik. Sonra ev şəraitində müalicə aldı. Qəfil vəziyyəti pisləşdi, həkimlər deyir beyninə qan sızıb". 

Qazimizin atası deyir ki, hazırda Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan qazimiz həyatı təhlükəsi olduğundan onun Bakı şəhərinə aparılmasını məqsədəuyğun hesab etmirlər.

Qeyd edək ki, ailəli və bir körpə balası olan II Qarabağ Müharibəsi qazisi Zeynal Şahhüseynliyə qapalı kəllə beyin travması, baş-beyin sağ təpə nahiyəsinin əzilməsi ilə isterik mutizm diaqnozu qoyulub.